“Qalatasaray” bizimlə razılaşmırdı”
19.02.2009 - 11:18
“Qalatasaray” bizimlə razılaşmırdı”
“Qalatasaray”la matçda təxminən bərabər səviyyəli iki komandanın iştirakı ilə çox yaxşı oyun alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Bordo” klubunu baş məşqçisi Loran Blan deyib.

UEFA kubokunun 1/16 final mərhələsinin öz meydanında keçirdiyi ilk oyununda Türkiyənin “Qalatasaray” komandası ilə bacarmayan (0:0) fransızların çalışdırıcısı 1/8 final şanslarını da dəyərləndirib: “Biz qol vurmaq haqda düşünürdük. Lakin “Qalatasaray” bizimlə razılaşmaq istəmirdi. Oyun xoşuma gəldi. Amma biz öz meydanımızda oynamaq kimi bir üstünlükdən yararlana bilmədik. Nəticədə cavab oyunu ərəfəsində “Qalatasaray”ın cüzi üstünlüyü var”.

Qeyd edək ki, “Qalatasaray” və “Bordo” arasında cavab oyunu fevralın 26-da keçiriləcək.
0