“Bakı” - “Neftçi” oyunu təxirə salındı
19.02.2009 - 11:37
“Neftçi” Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib. PFL-in mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, müraciətdə komandanın 7 futbolçusunun 17 yaşlılardan ibarət yığmanın heyətində təlim-məşq toplanışında və Gürcüstanla yoldaşlıq görüşündə iştirak etmələri göstərilib. Sabah isə Premyer Liqada çıxış edən komandaların əvəzedici heyətlərinin XV turu çərçivəsində “Bakı” – “Neftçi” görüşü keçiriləcək. PFL prezidenti Ramin Musayevin “Əsasnamə və Nizam-İntizam qaydaları”nın 3.14 maddəsini əsas tutaraq imzaladığı əmrə əsasən, “Bakı” ilə “Neftçi”nin əvəzedici heyətləri arasında görüşün vaxtı dəyişdirilərək, martın 4-ə keçirilib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0