Babək Quliyev İngiltərəyə gedir
19.02.2009 - 12:26
Babək Quliyev İngiltərəyə gedir
Azərbaycanlı FİFA hakimi Babək Quliyev UEFA-dan yeni təyinat alıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentindən apasport.az saytına verilən məlumata görə, 35 yaşlı referi İngiltərəyə gedəcək. Quliyev 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının ikinci seçmə mərhələsinin oyunlarını idarə edəcək hakimlər sırasında yer alıb. O, mayın 26-dan iyunun 2-dək İngiltərədə keçiriləcək 6-cı qrupun matçlarına təyinat alıb ki, bu qrupda meydan sahibləri ilə yanaşı, Şotlandiya, Slovakiya, Bosniya və Herseqovina yığma komandaları da mübarizə aparacaq.

Qeyd edək ki, Quliyevlə yanaşı, hakim köməkçisi Əliyar Ağayev də İngiltərədə təşkil olunan turnirdə ədaləti qoruyacaq.
0