Milli komandamızda yeni baş məşqçi
19.02.2009 - 12:34
Milli komandamızda yeni baş məşqçi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, bundan sonra yığmamızı Emil Cabbarov çalışdıracaq. O, baş məşqçi postunda braziliyalı Qustavo Enrike Zlokkovik Silvanı əvəzləyib.

Qeyd edək ki, Silva ötən ilin aprelindən sentyabrınadək milli komandamıza rəhbərlik edib. Onun başçılığı altında yığmamız ilk dəfə dünya çempionatının seçmə oyunlarında qüvvəsini sınayıb. Bundan başqa, Silvanın yetirmələri Bakıda təşkil olunmuş X Avropa kuboku uğrunda yarışda 3-cü yeri tutublar.
0