“0:0 hesabı təhlükəli nəticədir”
19.02.2009 - 13:00
“0:0 hesabı təhlükəli nəticədir”
“Qeydə alınan qolsuz heç-heçədən məmnun qaldım. İstanbula üstün durumda qayıdırıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray” klubunun baş məşqçisi Mikael Skibbe deyib.

UEFA kubokunun 1/16 final mərhələsində “Bordo” ilə səfərdə keçirilən görüşdə əldə olunan nəticəni qənaətbəxş hesab edən alman mütəxəssis oyunun gedişindən də razı qalıb: “Çox sürətli matç izlədik. Hər iki komanda yüksək tempdə oynayırdı. İlk 10 dəqiqədə sağ cinahımızda işlər qaydasında olmasa da, Barış Özbək daha sonra bu mövqeni bağladı. Rəqib hücumda iki futbolçu ilə çıxış etdiyi üçün arxada üç müdafiəçi və onların önündə Mehmet Topalı oynatdım. Görüş öncəsi futbolçularla söhbətimdə cəsur oynamalarının lazım olduğunu söylədim. Əslində, 0:0 hesabı təhlükəli nəticədir. Təbii ki, qol vurmaq daha yaxşı olardı”.

Qeyd edək ki, “Qalatasaray” – “Bordo” oyunu fevralın 26-da keçiriləcək.
0