Yığmamız Novruz bayramını meydançada keçirəcək
19.02.2009 - 13:28
Yığmamız Novruz bayramını meydançada keçirəcək
Azərbaycanın futzal üzrə milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız ilk oyununu martın 19-da Portuqaliyaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Novruz bayramında, martın 20-də saat 20:30-da milli komandamız ikinci oyununa çıxacaq. Rəqib Polşa yığması olacaq. Nəhayət, futzalçılarımız martın 22-də (saat 18:00) üçüncü tur çərçivəsində yarışın ilkin seçmə mərhələsinin D qrupunun qalibini sınağa çəkəcək. D qrupunda Çernoqoriya, Türkiyə, Finlandiya və İsrail mübarizə aparır və qalib fevralın 22-də bilinəcək.

Yığmamız bütün oyunlarını Portuqaliyanın Vyana do Kaştelyo şəhərində keçirəcək.
0