Rusiya - Azərbaycan matçı: AFFA maksimuma doğru!
19.02.2009 - 14:40
AFFA dünya çempionatının seçmə mərhələsi çərçivəsində Moskvada keçiriləcək Rusiya - Azərbaycan matçına daha 3 min bilet sifariş edib. Bu barədə apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Assosiasiya rəsmisi bildirib ki, növbəti sifariş qarşıdakı görüşə marağın böyük olması ilə əlaqədardır.
“Xüsusilə, Moskvada yaşayan soydaşlarımız milli komandamızın oyununa böyük maraq göstərirlər. Bunu nəzərə alıb, daha 3 min bilet sifariş verdik” - deyə Məmmədov vurğulayıb.
Öncə AFFA rəsmiləri tərəfindən 2500 bilet sifariş olunmuşdu. İndi sifariş edilən biletlərin sayı 5500-ə çatıb. Rusiya Futbol İttifaqı (RFS) bizə maksimum 7 min bilet ayıra bilər. Elxan Məmmədov deyib ki, ehtiyac yaranacağı təqdirdə, RFS-dən qalan 1500 bilet də istəniləcək. AFFA-nın sifariş verdiyi biletlər soydaşlarımıza ən aşağı qiymətə, 5 dollara satılır. Əsas məqsəd Rusiya ilə görüşdə yığmamızı dəstəkləmək üçün tribunalara maksimum azarkeş toplamaqdır.
Qeyd edək ki, martın 28-də “Lujniki” stadionunda baş tutacaq qarşılaşma üçün 60 min bilet satışa çıxarılıb.

0
0