Rəşadın ayağındakı gips açılır
19.02.2009 - 17:31
Rəşadın ayağındakı gips açılır
“Xəzər Lənkəran” klubunun Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı zamanı zədələnən Rəşad Abdullayev sabah ayağındakı gipsdən azad olunacaq. Apasport.az saytının məlumatına görə, hazırda müalicəsi davam edən 28 yaşlı yarımmüdafiəçi bir-iki həftə bərpa kursu keçəcək. Bundan sonra yüngül məşqlərə başlayacaq Rəşadın martın ikinci yarısında yenidən futbol oynayacağı gözlənilir.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın heyətində hamıdan çox oyun keçirən Abdullayev bu komanda ilə Premyer Liqada keçirdiyi 109 oyunda 18 qol vurub. Ümumilikdə, yarımmüdafiəçi milli çempionatda keçirdiyi 169 görüşdə 24 dəfə fərqlənib.
0