“Qalatasaray”ın sabiq kapitanı Hafiz Məmmədova nə gətirir?
19.02.2009 - 18:41
“Qalatasaray”ın sabiq kapitanı Hafiz Məmmədova nə gətirir?
“Qalatasaray”ın əfsanəvi kapitanı Bülənt Korkmaz sabah Azərbaycana gələcək. Onu ölkəmizə dəvət edən “Bakı” klubunun türkiyəli vitse-prezidenti Tunc Afşar apasport.az saytına bildirib ki, veteran futbolçu ölkəmizə FİFA agenti Günal Akça ilə birgə təşrif buyuracaq. Aşfar həmyerliləri ilə fevralın 21-də görüşün keçiriləcəyi məkanın müəyyənləşdiyini də söyləyib: “Bu, “Park İnn” oteli olacaq. Korkmazın iştirakı ilə saat 13:00-dən 15:00-dək konfrans keçiriləcək. Tədbirə Gənclər və İdman Nazirliyinin, AFFA-nın və Peşəkar Futbol Liqasının rəhbərliyini, klubların prezidentlərini dəvət etməyi nəzərdə tutmuşuq”.

Vitse-prezident yeniyetmə futbolçular və onların məşqçiləri ilə görüşəcək Korkmaza təqdim edəcəkləri hədiyyələr haqda da məlumat verib: “Ona üzərində təşəkkürlər əks olunan diplom təqdim edəcəyik. Bundan əlavə, “Bakı”nın 3 nömrəli formasını də Büləntə verəcəyik. Məlum olduğu kimi, Korkmaz “Qalatasaray” klubunda və Türkiyə yığmasında 3 nömrəli formanı daşıyıb. Eşitdiyimə görə, Bülənt “Qalatasaray”da geydiyi formanı klubumuzun prezidenti Hafiz Məmmədova gətirəcək. Korkmaz konfransdan sonra Tofiq Bəhramov adına Respublika stadionuna yollanaraq, saat 16:00-da başlayacaq “Bakı” – “Neftçi” oyununu izləyəcək. Bazar günü səhər saatlarında isə İstanbula qayıdacaq”.
0