Mahmud Qurbanov: “Neftçi” ilə görüşün bizim üçün böyük əhəmiyyəti var
20.02.2009 - 10:42
Mahmud Qurbanov: “Neftçi” ilə görüşün bizim üçün böyük əhəmiyyəti var
“Neftçi” ilə oyunun bizim üçün böyük əhəmiyyəti var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Mahmud Qurbanov deyib.

36 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına Premyer Liqanın XV turunda qarşılaşacaqları “Neftçi” ilə görüş haqda fikirlərini bildirib. O, flaqmanın turnir cədvəlindəki hazırkı durumunun arxayınlaşmaq üçün əsas vermədiyini düşünür: “Neftçi”ni ciddi rəqib kimi qəbul edirik. Komandamızın qarşısında böyük vəzifələr durur. Buna görə də, hər xal uğrunda sona qədər döyüşməliyik".

Qeyd edək ki, Mahmud “Neftçi”nin heyətində iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun sahibi adını qazanıb.
0