Rəşad Sadıqov Milanı görməyəcək
20.02.2009 - 10:59
Rəşad Sadıqov Milanı görməyəcək
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun şərəfini qoruduğu “Kocaelispor” klubu cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi onsuz da maliyyə problemləri içində olan İzmit təmsilçisinə 7500 YTL (təxminən 3750 manat) məbləğində cəza kəsib.

Para cəzasına üzülən “Kocaelispor” bazar günü oynayacağı “Qalatasaray”la görüşdə üstünlük qazanıb. Belə ki, “Cim Bom”un əsas silahlarından olan çexiyalı Milan Baroş bu qarşılaşmada meydana çıxmayacaq. Buna futbolçunun UEFA kubokunun “Bordo” ilə matçında cüzi zədə alması səbəb olub. “Qalatasaray”ın baş məşqçisi Mixael Skibbe fransızlarla cavab matçına saxlamağı lazım bildiyi çexiyalını “Kocaelispor”la görüşdə qorumağa qərar verib.
0