İqor Ponomaryov darmadağın olduğu məkanda siftə axtarır
20.02.2009 - 13:02
İqor Ponomaryov darmadağın olduğu məkanda siftə axtarır
Sabah Azərbaycan Premyer Liqasının XV turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, bir sıra maraqlı qarşılaşmaların keçiriləcəyi turun mərkəzi matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Paytaxt derbisində üz-üzə gələcək “Bakı” və “Neftçi” klublarının görüşü həmişə maraqlı və gərgin mübarizə şəraitində keçib.

Heyətini xeyli gücləndirərək çempionluğa əsas namizədlərdən sayılan “Bakı” ardıcıl çətin oyunlar seriyasına başlayır. Belə ki, Qyoko Hacıyevskinin çalışdırdığı komandanı “Neftçi”nin ardınca “Xəzər-Lənkəran”la kubok və son çempion “İnter”lə sınaq gözləyir. Flaqmanla üç görüşün ikisində qalib gələn Hacıyevski ötən mövsüm Vlastimil Petrjelanın dövründə 5:1 hesablı qələbə qazanıb. Derbini prinsipiallaşdıran məqamlardan biri də Georgi Adamiya ilə bağlıdır. 28 yaşlı gürcüstanlı hücumçu “Bakı”ya keçənədək 4 ilə yaxın “Neftçi”də çıxış edib. İndi Adamiya onu komandadan kənarlaşdırılan alman mütəxəssis Hans-Yurgen Gedeyə özünü sübut etməlidir. Hazırda “Bakı”da çıxış edən futbolçulardan Mahmud Qurbanov, Vadim Borets, Elvin Əliyev, Ramazan Abbasov da vaxtilə flaqmanda oynayıb.

Lider “İnter” icarəyə götürdüyü “Şəfa” stadionunda “Standard”ın qonağı olacaq. Həmşəhərliləri ilə cari mövsümdə 4-cü dəfə görüşəcək çempion rəqibini kubokda mübarizədən kənarlaşdırıb. “Xəzər-Lənkəran”ın baş məşqçisi postunda debütündə “Karvan”la evdə qolsuz heç-heçə edən İqor Ponomaryov ilk qələbə dalınca Tovuza yollanır. 49 yaşlı olimpiya çempionu üçün “Turan”la əvvəlki səfər oyunları uğursuz alınıb. Belə ki, Ponomaryov 2004/05 mövsümündə “Qarabağ”ı çalışdırarkən Tovuzda böyük hesabla uduzub (0:4) və bu, onun həmin vaxt ölkəmizdə sonuncu matçı olub. Yəni, Ponomaryovu Azərbaycandan “Turan” darmadağınla yola salmışdı.

Qeyd edək ki, uzun fasilədən sonra “Turan”a ağır günlərində kömək etmək məqsədilə qayıdan kapitan Nadir Nəbiyev ötən il “Xəzər-Lənkəran”ın heyətində həm “Birlik kuboku”, həm də Azərbaycan kubokunu qazanıb.

21 fevral

14:00. "Turan" - "Xəzər-Lənkəran"
Baş hakim: Rövşən Əhmədov
Hakim köməkçiləri: Elman Musayev, İqor Şpakovski, Haciəli Ağayev
Tovuz. Şəhər stadionu

14:00. "Qəbələ" - MOİK
Baş hakim: Zöhrab Qədiyev
Hakim köməkçiləri: Elşən Durmuşov, Vaqif Musayev, Ceyhun Haşımov
Qəbələ. Şəhər stadionu

14:00. “Olimpik” – “Qarabağ”
Baş hakim: Azad Mütəllimov
Hakim köməkçiləri: Ramiz Əsədov, Azər Məmmədov, Anar Niyazov
Bakı. “Şəfa” stadionu

16:00. "Bakı" - "Neftçi"
Baş hakim: Vüsal Əliyev
Hakim köməkçiləri: Azad Q.Hüseynov, Eldar Nağıbəyov, Elçin Səmədli
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

22 fevral

14:00. "Bakılı" - "Karvan"
Baş hakim: Elnur Muradov
Hakim-köməkçiləri: Munis Abdullayev, Aydın Ələkbərov, Babək Quliyev
Bakı. Zabrat qəsəbə stadionu

16:00. "Standard" - "İnter"
Baş hakim: İmanxan Sultani
Hakim köməkçiləri: Habil Əliyev, Emil İsgəndərov, Fariz Yusifov
Bakı. "Şəfa" stadionu

18:00. "Simurq" - "Muğan"
Baş hakim: Əfqan Həmzəyev
Hakim köməkçiləri: Akif Adıgözəlov, Mübariz Haşımov, Fuad Həsənov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu


 

komandalar

o

q

h

m

t

x

1

İnter

14

10

4

0

29-8

34

2

Bakı

14

10

2

2

34-6

32

3

Simurq

14

9

4

1

19-8

31

4

Qarabağ

14

8

3

3

22-15

27

5

Xəzər-Lənkəran

14

8

3

3

24-12

27

6

Karvan

14

8

2

4

19-11

26

7

Olimpik

14

7

4

3

17-11

25

8

Standard

14

6

2

6

13-15

20

9

Neftçi

14

4

4

6

13-12

16

10

Qəbələ

14

4

3

7

17-14

15

11

Bakılı

14

1

3

10

9-35

6

12

Muğan

14

1

2

11

9-28

5

13

MOİK

14

1

2

11

6-29

5

14

Turan

14

0

4

10

3-30

4



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 10, Amiran Muciri (“Bakı”) – 9
0