Fuad Əsədovun növbəti şansı
20.02.2009 - 14:00
Fuad Əsədovun növbəti şansı
Azərbaycanın 15 yaşlılardan ibarət milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 1994-96-cı il təvəllüdlü uşaqlar arasında seleksiya işləri aparan baş məşqçi Oliver Pilzer rəhbərlik etdiyi U-15-in ilkin bazasını formalaşdırmaq üçün heyəti müəyyənləşdirib.

Əvvəllər də yığmada oynayan futbolçulardan Ağa Abbaszadə, Elşən Abdullayev, Fuad Əsədov, Emil Balayev, Tural Məmmədli, Cavid Muxtarzadə, Gəncədəki seçim prosesində üzə çıxan Zahid Sadıqov, Tural Əsgərov, Oqtay Məmmədov və Bakıdakı seleksiya işlərində bəyənilən Kamran Abdullayev, Fuad İsmayılzadə, Əyyub Əliyev, Kamran Vəliyev, Soltan Hüseynov, Qurbanəli Əliyev, Anar Babayev, Covanni Abdullayev, Əmir-Əli Quliyev, Seyidrəzi Ağayev, Yusif Dilanov milli komandaya dəvət alıblar.

Onlar fevralın 21-dən 27-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
0