“Qəbələ” – MOİK görüşü üçün rəy
20.02.2009 - 16:39
“Qəbələ” – MOİK görüşü üçün rəy
Premyer Liqanın XV turunda “Qəbələ” – MOİK oyunu Mingəçevirdə keçiriləsi olmadı. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu komandaların sabahkı görüşü əvvəl nəzərdə tutulduğu Qəbələdə baş tutacaq. Ora yağan qar oyunun keçirilməsini sual altına qoyduğu üçün PFL görüşün Mingəçevirdə baş tutmasının mümkünlüyü istisna etmirdi. Lakin Qəbələdə olan oyunun hakim-inspektoru Əli Hüseynovla AFFA nümayəndəsi Mübariz Hüseynov meydanın qənaətbəxş olması ilə bağlı rəy verib və bundan sonra matçın orada keçiriləcəyi dəqiqləşib.

Qeyd edək ki, “Qəbələ” və MOİK-in əvəzedici heyətləri arasında bugünkü oyun Mingəçevirdə keçirilib və 2:0 hesabı ilə nominal meydan sahiblərinin xeyrinə başa çatıb.
0