“Neftçi” potensial lider oldu
20.02.2009 - 17:24
“Neftçi” potensial lider oldu
Premyer Liqanda iştirak edən klubların əvəzedici komandaları arasında ölkə çempionatında XV turun oyunları keçirilib. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu gün keçirilən matçlardan sonra “Neftçi” potensial lider olub.

Belə ki, “Bakı” ilə matçı təxirə salınan flaqmanın 14 qarşılaşmadan sonra 33 xalı var. Bu təxirə salma sayəsində turnir cədvəlinin zirvəsində qalan “Qarabağ” isə “Olimpik”lə bacarmayıb – 0:0. Hesabında bu turadək cəmi 4 heç-heçəsi olan ağdamlılar 15 oyuna 35 xal toplayıb. Turun sensasiyası isə Tovuzda qeydə alınıb. “Xəzər-Lənkəran” səfərdə 3:2 hesabı ilə “Turan”ı məğlub edib. “Qəbələ” isə üçüncü pillədə qərarlaşan MOİK-i xala həsrət qoyub – 3:0.

Turun digər üç oyunu sabah keçiriləcək.
0