Futbolda mavi vərəqə
20.02.2009 - 17:43
Futbolda mavi vərəqə
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, FİFA Vatikanda keçirilən turnirdə mavi vərəqələrin verilməsini sınayır. Artıq startı verilən bu yarışda dünyanın katolik icmasının nümayəndələrinin komandaları çıxış edir. Futbolda yenilik sayılan bu mavi vərəqələrin mahiyyəti ondan ibarətdir ki, əgər hakim belə vərəqə göstərirsə, həmin futbolçu meydandan yalnız beş dəqiqəlik qovulur. Mavi vərəqələrin tətbiqi fevralın 28-də futbol assosiasiyalarının hər il ənənəvi keçirilən görüşünün gündəliyinə daxil edilib. FİFA-nın bir sıra digər yenilikləri də həmin toplantıda müzakirə olunacaq.
0