Fuad Əsədovun sənədləri qaydasında deyilmiş
20.02.2009 - 18:05
Fuad Əsədovun sənədləri qaydasında deyilmiş
Azərbaycanın 15 yaşlılardan ibarət milli komandasının bu gün açıqlanan heyətində dəyişiklik baş verib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmanın almaniyalı baş məşqçisi Oliver Pilzerin komandaya dəvət etdiyi Fuad Əsədov heyətdən kənarlaşdırılıb. Belə ki, əvvəllər də milli komandaya cəlb olunmuş futbolçunun sənədlərinin qaydasında olmadığı aşkarlanıb. Elə bu səbəbdən gənc futbolçu təlim-məşq toplanışına qatılmayacaq.
Qeyd edək ki, U-15-un fevralın 21-dən 27-dək keçiriləcək təlim-məşq toplanışında 19 oyunçu iştirak edəcək.
0