Rəşad Sadıqovun oyunu Çobana tapşırıldı
20.02.2009 - 19:05
Rəşad Sadıqovun oyunu Çobana tapşırıldı
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsi Superliqanın XXI turunun görüşlərinə təyinatları açıqlayıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynov çıxış etdikləri “Kocaelispor” klubunun “Qalatasaray”la səfər oyunu Dəniz Çobana tapşırılıb. Konyadan olan bu hakim FİFA referisi dərəcəsini daşımır. Fevralın 22-də Bakı vaxtı ilə saat 22:00-da “Əli Sami Yen” stadionda başlayacaq görüşü idarə edəcək Çoban ilk dövrədə də “Kocaelispor”un matçına təyinat alıb və ayağı düşərli olmayıb. Belə ki, kocaelilər həmin matçda “Trabzonspor”a 1:2 hesabı ilə uduzub.
0