Kriştianu Ronaldonun əzilmiş “Ferrari”si təmirdə - FOTO
20.02.2009 - 19:16
Kriştianu Ronaldonun əzilmiş “Ferrari”si təmirdə - FOTO
“Mançester Yunayted” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldoya yol nəqliyyat hadisəsində dəyən ziyan müqabilində təzminat ödənilib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi idarə etdiyi “Ferrari” markalı avtomobillə bu il yanvarın 8-də Mançester Hava Limanın yaxınlığında tuneldən keçərkən, qəzaya uğrayıb. Qəza nəticəsində futbolçunun özünə heç nə olmasa da, tunelin divarına çırpılan maşın yararsız hala düşüb. “Ferrari”nin ön hissəsi, xüsusilə sol tərəfdən tam dağılıb.

Yol qəzasına tunelin əsas səbəb olduğu bildirilir. Buna görə də Ronaldonun maşının sığortalandığı şirkət Hava Limanının rəhbərliyinə müraciət edərək, “Ferrari”nin təmiri üçün lazımi məbləğin ödənilməsini tələb edib. Qarşı tərəf dəyən ziyan müqabilində 20 min funt-sterlinq təzminat ödəyib. Bu məbləğ avtomobilin təmiri üçün kifayətdir.

Qeyd edək ki, 2008-ci ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş Kriştianunun “Ferrari”si 200 min funt-sterlinqədir. Onun “Mançester Yunayted”də aldığı həftəlik maaş isə 120 min funt-sterlinqə bərabərdir.
0