Öz həyətində stadion tikdirən futbolçu kimdir?
20.02.2009 - 19:22
Öz həyətində stadion tikdirən futbolçu kimdir?
Braziliya milli komandasının futbolçusu Robinyo “Mançester Siti”də qazandığı pulları orijinal şəkildə xərcləyir. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının ən bahalı transferi olan 25 yaşlı hücumçu yaşadığı villanın həyətində çimərlik futbolu stadionu tikdirib.

Bu hadisəyə şərh verən Britaniya mətbuatı yazır ki, çimərlik futbolu inşa etdirməkdə Robinyonun əsas məqsədi özünü vətənindəki kimi hiss etməkdir. Axı, sözügedən idman növü məhz qumlu sahillərə malik Braziliyada çox məşhurdur. Həmçinin, Robinyonun komanda yoldaşları Elano, Qlauber və Jo ilə birgə çimərlik futbolu oynamağı sevdiyi bildirilir.

Qeyd edək ki, Robinyo “Mançester Siti”yə ötən ilin sentyabrında 42 milyon avro müqabilində “Real”dan transfer olunub.
0