Azərbaycan futbol yığması üçün “Zolotoye koltso”
20.02.2009 - 19:30
Azərbaycan futbol yığması üçün “Zolotoye koltso”
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də Rusiya yığması ilə görüşəcək Azərbaycan milli komandasının Moskvada qalacağı otel müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığma Rusiya paytaxtında “Zolotoye koltso” otelində məskunlaşacaq. Martın 26-da səfərə çıxacaq yığmamız ruslarla görüşəcəyi “Lujniki” stadionunda hazırlıq keçəcək. Baş məşqçi Berti Foqts komandanı bu arenada martın 26-da və 27-də Bakı vaxtı ilə saat 18:00-da məşqə çıxaracaq.
0