Adrian Neaqa, Adrian Mutu, “Bakı” və 5:1
21.02.2009 - 00:01
Adrian Neaqa, Adrian Mutu, “Bakı” və 5:1
“Neftçi” klubunun rumıniyalı hücumçusu Adrian Neaqa “Bakı” ilə qarşılaşmada cəzalanıb. Apasport.az saytının məlumatına görə, flaqmanın heyətində ikinci oyununa bu gün çıxacaq 30 yaşlı futbolçu Premyer Liqanın XV turunda “Bakı” ilə üz-üzə gələcək. Neaqa üçün isə bu rəqib tanış komandadır. Belə ki, Adrian əvvəllər də paytaxtın eyni adlı komandasıyla görüşüb.

1998/99 mövsümündə UEFA kubokunda çıxış edən “Dinamo” (indiki “Bakı”) ilk mərhələdə Rumıniya “Arceş”i ilə görüşürdü ki, Neaqa hələ o vaxt bu komanda üzərində qələbə qazanmağın yolunu görmüşdü. İyulun 22-də Piteştidə baş tutan və 5:1 hesabı ilə nəticələnən qarşılaşmanın 84-cü dəqiqəsində meydana çıxan Neaqa sarı vərəqə alsa da, komandasının qələbəsinə sevinmişdi. Maraqlıdır ki, o vaxt 19 yaşı olan Adrian həmyaşıdı və adaşı daha məşhur Mutunu əvəzləyib. Cavab oyununda da rumıniyalılar qalib gəlib (2:0) ki, Neaqanın oynamadığı görüşdə qolların birini Mutu vurmuşdu.

Qeyd edək ki, həmin matçda Neaqanın rəqiblərindən olan Rafael Əmirbəyov yenə bakılıların heyətində çıxış edir. Neaqa 11 il əvvəlki 5:1 hesablı qələbəni xatırlayacaqsa, onun rəqibi ötən il “Neftçi” üzərində eyni hesabla qələbəni qazanmışdı.
0