Azərbaycan yığmasının rəqibi ilə “Kainat gözəli”ni nə birləşdirir? - FOTO
21.02.2009 - 11:55
Azərbaycan yığmasının rəqibi ilə “Kainat gözəli”ni nə birləşdirir? - FOTO
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının futbolçusu Andrey Arşavin almaniyalı jurnalistlərin diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqtsun həmyerliləri bir neçə həftədir İngiltərənin “Arsenal” klubuna keçən hücumçunu “rus Bekhemi” kimi gündəmə gətiriblər.

Belə ki, Arşavin də məşhur ingilis futbolçu kimi xarici görünüşünün, imicinin arxasınca qaçan futbolçu olduğunu sübut edib. Andrey Rusiyada kifayət qədər tanınan saç ustası Denis Volkovla anlaşıb. Bərbər hər ehtiyac olduqda Londona uçaraq, Arşavinin saç düzümünü qaydasına salacaq. Başını ingilis bərbərlərə etibar etməyən futbolçu Denisin bütün xərclərini də üzərinə götürüb.

Qeyd edək ki, Volkov “Kainat gözəli” seçilən Oksana Fyodorovanın da saç ustasıdır.
0