Qəhrəman Əliyev gah tərifləyir, gah da pisləyir
21.02.2009 - 16:41
Premyer Liqanın XV turunda Qəbələdə eyniadlı komandaya 0:2 hesabı ilə uduzan MOİK-in baş məşqçisi Qəhrəman Əliyev müdafiəçilərdən narazılığını bildirib. Apasport.az saytının məlumatına görə, o, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında arxa xətt oyunçularını tənqid edib.
“Müdafiədə kobud səhvlər buraxdıq. Təbii ki, bu oyunda qələbə qazanmaq istəyirdik. Hər xal bizim üçün vacibdir. Lakin arxa xətdə yol verilən səhvlər məğlubiyyətimizlə nəticələndi” - deyə Əliyev vurğulayıb.
Xatırladaq ki, bir həftə öncə “Bakı”ya uduzanda (0:3), “hərbçilər”in çalışdırıcısı müdafiəçiləri tərifləmişdi.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0