“Qəbələ”nin qələbəsi: 1 gülləyə 2 dovşan
21.02.2009 - 16:51
“Qəbələ”nin qələbəsi: 1 gülləyə 2 dovşan
Bu gün MOİK-i qəbul edən “Qəbələ”, necə deyərlər, 1 güllə ilə 2 dovşan vurub. Apasport.az saytının məlumatına görə, əyalət komandası həm qələbə qazanıb (2:0), həm də fevralın 25-də ölkə kubokunda “Olimpik”ə qarşı keçiriləcək oyun üçün heyətini qoruyub. Bunu “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib: “MOİK döyüşkən komandadır. Görüşün çətin keçəcəyini bilərdik. Nisbətən ehtiyatlı oynayıb, zədə amilindən yayındıq. Heyəti “Olimpik”lə matç üçün qorumağa çalışdıq. Qələbə münasibətilə Qəbələnin bütün futbolsevərlərini təbrik edirəm”
0