Gede “Neftçi”nin uduzmasının səbəbini açıqladı
21.02.2009 - 18:38
Gede “Neftçi”nin uduzmasının səbəbini açıqladı
“Bakı” yaxşı oynayıb, layiqli qələbə qazandı. Bunu etiraf etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Hans-Yurgen Gede deyib.

Paytaxt derbisində 0:2 hesablı məğlubiyyətlə üzləşən flaqmanın alman çalışdırıcısı uduzmaqlarının səbəbini açıqlayıb: “Biz oyuna normal başlamışdıq. Əvvəlcə hər şey qaydasında idi. Lakin ilk qolu buraxan kimi nəzarəti itirdik. Halbuki diqqətli olmalıydıq. Rəqib öz səhvlərimiz ucbatından bizə 2 qol vurdu. Komandamızda anlaşma istənilən səviyyədə deyil. Bəzi yetirmələrim “Neftçi”də ikinci oyunu keçirdiyindən, tam uyğunlaşa bilməyiblər. Bizdə hücum edən, yaradıcı futbolçular var, onlar fərqlənmək üçün imkan da yaxalamışdılar. Heyf ki, bunlardan yararlana bilmədik”.

Gede mövcud durumu yaxşıya doğru dəyişmək üçün vaxt istəyib: “Meydanda mübariz olmaq vacibdır. Sonadək “döyüşmək” tələb olunur. Bu keyfiyyətlər olmayanda uduzursan, uduzmağı isə heç kim sevmir. Bizə vaxt lazımdır”.
0