Yunis Hüseynov “Karvan”ın futbolçularını cəzalandıracaq
22.02.2009 - 16:20
Yunis Hüseynov “Karvan”ın futbolçularını cəzalandıracaq
“Bu gün çox zəif oynadıq. Komandanın bütün futbolçularını cəzalandıracağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib.

Yevlax təmsilçisi Azərbaycan Premyer Liqasının XV turunda səfərdə autsayder “Bakılı”ya uduzub (1:2). Hüseynov məğlubiyyətə səbəb kimi arxayınçılıq və stadion amillərini göstərib: “Ötən tur “Xəzər-Lənkəran”la heç-heçə oynamışdıq. Ola bilər ki, həmin matçdan sonra yetirmələrim arxayınlaşıblar. Həm də bu gün stadion bərbad vəziyyətdə idi. Burada futbol adına heç nə yox idi”.

“Bakılı”nın baş məşqçisi Bəxtiyar Qulamov isə mətbuat konfrasında komandasını tərifləyib: “Karvan”dan çəkinirdim. Çünki “Bakılı”nın heyəti tam formalaşmayıb. Hər halda, sonadək “vuruşduq” və qalib gəldik”.
0