Valentin Xodukin: Qələbə qazansaq da, oyunumuz xoşuma gəlmədi
22.02.2009 - 18:07
Valentin Xodukin: Qələbə qazansaq da, oyunumuz xoşuma gəlmədi
“Oyunumuz heç də xoşuma gəlmədi. Əksinə, fərqlənmək üçün rəqibin yaxşı imkanları var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Standard” üzərində 2:0 hesablı qələbədən sonra “İnter”in baş məşqçisi Valentin Xodukin deyib.

Ukraynalı çalışdırıcı bildirib ki, rəhbərlik etdiyi kollektivdə ən yaxşı sözlərə qapıçı Vilson Raymundo layiqdir: “Məhz onun sayəsində qapımızı toxunulmaz saxlamağı bacardıq. Hücum isə yox səviyyəsində idi. Həmlələr orta sahə oyunçularından asılıdır. Yarımmüdafiəçilərin zəif çıxışı hücumların olmaması ilə nəticələndi. Bütün bunların öz səbəbləri var və biz bunu yaxşı bilirik. Belə olacağını da gözləyirdik”.

Xodukin problemlərin gələcəkdə həllini tapacağını söyləyib: “Əsas 3 xal idi ki, biz də bunu qazandıq. Qalan şeylər mövsümün gedişatında düzələcək”.
0