“Standard”ın baş məşqçisi: İkinci qoldan sonra “sındıq”
22.02.2009 - 18:33
“Standard”ın baş məşqçisi: İkinci qoldan sonra “sındıq”
“İnter” son çempiondur, bu komandaya uduzmağı qorxulu saymıram”. Apasport.az saytının məlumatına görə, bunu “Standard”ın baş məşqçisi Badri Kvaratsxeliya deyib.

Premyer Liqanın XV turunda “İnter”ə məğlub olan (0:2) “bank təmsilçisi”nin çalışdırıcısı rəhbərlik etdiyi komandanın çatışmayan cəhətlərinə toxunub: “Ən ağrılı yerimiz qol vura bilməməyimizdir. Halbuki, bundan ötrü xeyli fürsət yaxalayırıq. İlk hissədə yaxşı təsir bağışladıq. Hətta birinci qolu buraxdıqdan sonra ruhdan düşmədik. Amma ikinci qol bizi “sındırdı”.

Kvaratsxeliya bildirib ki, diqqəti “Qarabağ”la oyuna yönəldiblər: “Əlbəttə, nəticə yoxdursa, deməli, oyundan razı qalmamışam. Bununla belə, psixoloji planda irəliləyiş nəzərə çarpır. Bugünkü məğlubiyyəti tezliklə unutmaq lazımdır. Qarşıda bizi “Qarabağ”la görüş gözləyir”.
0