Futbolçunun keçmiş həyat yoldaşından şok açıqlama
22.02.2009 - 19:01
Futbolçunun keçmiş həyat yoldaşından şok açıqlama
İspaniya milli komandasının və “Fənərbaxça”nın futbolçusu Daniel Quizanın şəxsi həyatı ilə bağlı qalmaqallar səngimək bilmir. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu barədə bu dəfə keçmiş həyat yoldaşı Rosio Aranda şok açıqlamalar verib.

O, İspaniya telekanallarının birində qonaq olarkən, 10 gün əvvəl baş vermiş hadisədən söz açıb: “İspaniya - İngiltərə oyunundan bir gün öncə Daniel məni otelə dəvət etdi. Quizanın qaldığı otağa çıxdığımı yığmanın baş məşqçisi Visente Del Boske və başqaları da gördülər. Səhərə qədər birlikdə olduq, sevişdik. Quiza çox içkili idi”.

Aranda deyib ki, bu hadisəyə görə Del Boske çox əsəbiləşib: “Bəlkə də bundan sonra baş məşqçi onu bir daha milli komandaya çağırmayacaq”.

Rosionun qatıldığı proqramda Quizanın keçmiş sevgilisi, ötən ilin payızında ayrıldığı Nuria Bermudes də iştirak edib. Həm Aranda, həm də Bermudes futbolçunun əleyhinə danışıb. Onlar birləşərək, Danielə qarşı kampaniya aparırlar. Hər iki xanımı Quizanın məsuliyyətsizliyi, içkiyə aludə olması, gənc qızları aldatması qıcıqlandırır.

Özü də futbolçunun həm Rosiodan, həm də Nuriadan bir övladı var. Bunu nəzərə alan Aranda Danielin hazırda İstanbulda yaşadığı yeni sevgilisi, ispaniyalı model Rosio Herrera haqda belə deyib: "Yəqin ki, Quiza bir ildən sonra onu da qucağında bir uşaqla geri göndərəcək”.

Qeyd edək ki, Rosio Aranda jurnallara çılpaq şəkillər çəkdirməklə məşhurlaşıb. O, Quizadan 2007-ci ildə ayrılıb.
0