Azərbaycan yığması Polşa ilə oyuna indidən hazırlaşır
23.02.2009 - 10:41
Azərbaycan yığması Polşa ilə oyuna indidən hazırlaşır
Azərbaycanın 19 yaşlılardan ibarət milli komandası növbəti təlim-məşq toplanışını keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız fevralın 28-dən martın 5-ə qədər Bakıda bir araya gəlib 2010-cu il Avropa çempionatının seçmə oyunlarına hazırlaşacaq. Millimiz seçmə qrup mərhələsində Polşa, İsrail və Danimarka ilə qüvvəsini sınayacaq.
0