Kubok oyunlarının vaxtı dəyişdi
23.02.2009 - 10:43
Kubok oyunlarının vaxtı dəyişdi
Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunlarının vaxtı müəyyənləşib. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, fevralın 25-də keçiriləcək qarşılaşmalardan ikisinin vaxtı dəyişdirilib. Belə ki, “İnter” – “Simurq” matçı nəzərdə tutulan vaxtdan bir, “Xəzər-Lənkəran” – “Bakı” görüşü dörd saat gec başlayacaq.

Digər iki oyun isə saat 14:00-da başlayacaq.

25 fevral, çərşənbə

"İnter" - "Simurq"
"Şəfa" stadionu, 15.00

"Qəbələ" - "Olimpik"
Qəbələ şəhər stadionu, 14.00

"Xəzər-Lənkəran" - "Bakı"
Lənkəran şəhər stadionu, 18.00

"Qarabağ" - "Neftçi"
Suraxanı qəsəbə stadionu, 14.00
0