“Qalatasaray”a ikinci “beş”
23.02.2009 - 11:01
“Qalatasaray”a ikinci “beş”
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun şərəfini qoruduğu Türkiyənin “Kocaelispor” klubu “Qalatasaray”ın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisi ölkə çempionatları tarixində “Cim Bom”un meydanında 5 qol vuran ikinci komanda olub. Yarım əsrlik tarixə malik Türkiyə birinciliyində indiyədək yalnız bir dəfə “Qalatasaray” öz meydanında bu qədər qol buraxmışdı.
1998/99 mövsümünün birinci dövrəsində İstanbuldan zəfərlə dönən “Trabzonspor” 5:3 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, “Kocaelispor”un 5:2 hesabı ilə qalib gəldiyi matçda Sadıqov 90 dəqiqə meydanda olub.
0