Mübariz Mənsimov məşhur manekenin həbsinə bais ola bilər
19.02.2009 - 12:35
Mübariz Mənsimov məşhur manekenin həbsinə bais ola bilər
Türkiyənin məşhur manekeni Dəniz Akkaya “Palmali” Şirkətlər Qrupunun rəhbəri, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun ucbatından məhkəməyə verilib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı gözəlçə “Sabah” qəzetinin əməkdaşı Bülent Cankurtun şərəf və ləyaqətini alçaltmaqda ittiham olunur.

Belə ki, bir müddət öncə Cankurt manekenlə Mübariz Mənsimovun yaxın münasibətdə olduğunu yazıb. Bunu oxuyan Akkaya əsəblərini cilovlaya bilməyərək, jurnalisti təhqir edib. Əvəzində, “Sabah”ın əməkdaşı onu məhkəməyə verib. İddiaçı tərəf manekenin 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyir.

Müttəhim kürsüsündə oturan Dəniz Akkaya isə məhkəmədə Mübariz Mənsimovla bağlı danışıb: “Mən Cankurtu təhqir etməmişəm. Mübariz Mənsimovla dörd aydır xaricdə görüşdüyüm yazılırdı. Bu xəbərlərin yalan olduğunu sübut etmək, pasportuma giriş-çıxış möhürlərinin vurulmadığını söyləmək üçün qəzetin ofisinə getmişdim”.

Məhkəmə prosesi davam edir.

Ümumiyyətlə, Türkiyə mətbuatında Mənsimov - Akkaya münasibətləri haqqında hələ ötən ildən yazılar dərc olunur. Hətta manekenin keçmiş sevgilisi, iş adamı Veysəl Kadayıfçıoğlu bu münasibətlərdən xəbər tutaraq, Mənsimovu ölümlə hədələdiyi də qeyd olunmuşdu. Yazılanlara əsasən, “Palmali” Şirkətlər Qrupunun prezidenti hədə-qorxuya məruz qaldıqdan sonra polisə müraciəti edib və Kadayıfçıoğlu, eləcə də onun əlaltıları həbs edilib.

Qeyd edək ki, Akkaya aktrisa kimi də tanınır. O, 1997-ci ildə, 20 yaşında ikən “Best Model of the World” müsabiqəsində ən yaxşı maneken seçilib.

http:hurriyet.com.tr
0