“Qalatasaray”ın məğlubiyyətində “Neftçi”nin “günah”ı
23.02.2009 - 12:51
“Qalatasaray”ın məğlubiyyətində “Neftçi”nin “günah”ı
Türkiyənin avrokuboklarda yeganə təmsilçisi olan “Qalatasaray”ın “Kocaelispor”la oyundakı məğlubiyyəti böyük əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, türkiyəli həmkarlarımız azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun da şərəfini qoruduğu İzmit təmsilçisinin “Əli Sami Yen” stadionunda “Cim Bom”u böyük hesabla məğlub etməsinə böyük diqqət ayırıblar. Turnir cədvəlində sonuncudan əvvəlki yeri tutan “Kocaelispor”un 5:2 hesablı qələbəsinə həsr olunan yazıların bəzi başlıqları maraq doğurur.

“Skibbenin Gülleri soldu”
“Skibbeni qovsaq, yerinə kim gələcək”
“Taner Gülleriken “Cim-Bom” ağlayır”
“Əli Sami Yen”də utanc gecəsi”
“Hacı üzgün, Terim şaşqın”
“Skibbe üçün normal həyat: Günahkar axtarmayın, günahkar yoxdur”
“Bordo” ilə hesab burda”
“Bu, rəsmən intihardır”
“Əli Sami Yen” yas tutdu”
“Aslanın Gülleri soldu”
“Qalatasaray” meydandan silindi”
“Tam bir rəzalət”
“Körfəz fırtınası “Qalatasaray”ı dondurdu”
“Rəzalətin Kralı”
“İflasın rəsmi”
“Beksiz, liberosiz, ruhsuz”
“Kocaelispor”un 32 yaşlı futbolçusu aslanı parçaladı”
“Oyuncaq aslan”


Qeyd edək ki, “Qalatasaray”la görüşdə Sadıqov 90 dəqiqə meydanda mübarizə aparıb. İstanbulluların darmadağınına gəlincə, burada Bakının “Neftçi” klubunun da “günahı” olub. Belə ki, “Kocaelispor”un bütün qollarını qış “transfer pəncərəsi”ndə adı “Neftçi” ilə yanaşı hallanan oyunçular vurub. “Neftçi”nin keçidinə nail olmadığı Taner Gülləri 4, Murat Hacıoğlu isə 1 dəfə “sarı-qırmızılar”ı məyus edib.
0