“Karvan”ın sensasion məğlubiyyəti baş hakimə düşmədi
23.02.2009 - 13:11
“Karvan”ın sensasion məğlubiyyəti baş hakimə düşmədi
Premyer Liqanın XV turunun oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, ötən turla müqayisədə bu dəfə hakimlik nisbətən aşağı səviyyədə olub. Belə ki, baş hakimlərin yarıdan çoxu - dördü normal sayılan 8-dən aşağı qiymət alıb. Cari mövsüm Premyer Liqada debüt edən Elnur Muradov isə XV turun ən zəif hakimi olub. O, sensasiya qeydə alınan “Bakılı” - “Karvan” görüşündə 7,6-ya layiq idarəçiliyi ilə seçilib. Ən yüksək qiymətlərə isə Zöhrab Qədiyevlə Əfqan Həmzəyev layiq görülüb.

XV tur
21 fevral


"Turan" - "Xəzər-Lənkəran"
Baş hakim: Rövşən Əhmədov – 7,9
Hakim köməkçiləri: Elman Musayev – 8,1, İqor Şpakovski – 8,0, Haciəli Ağayev – 8,0

"Qəbələ" - MOİK
Baş hakim: Zöhrab Qədiyev – 8,1
Hakim köməkçiləri: Elşən Durmuşov – 8,0, Vaqif Musayev – 8,0, Ceyhun Haşımov – 8,0

"Bakı" - "Neftçi"
Baş hakim: Vüsal Əliyev – 8,0
Hakim köməkçiləri: Azad Q.Hüseynov – 8,0, Eldar Nağıbəyov – 8,0, Elçin Səmədli – 8,0

"Olimpik" - "Qarabağ"
Baş hakim: Azad Mütəllimov – 7,7
Hakim köməkçiləri: Ramiz Əsədov - 8,0, Azər Məmmədov – 8,1, Anar Niyazov – 8,0

22 fevral, bazar

"Simurq" - "Muğan"

Baş hakim: Əfqan Həmzəyev – 8,1
Hakim köməkçiləri: Akif Adıgözəlov – 7,9, Mübariz Haşımov – 7,9, Fuad Həsənov – 8,0

"Standard" - "İnter"
Baş hakim: İmanxan Sultani – 7,7
Hakim köməkçiləri: Habil Əliyev – 7,9, Emil İsgəndərov – 7,9, Fariz Yusifov – 8,0

"Bakılı" - "Karvan"
Baş hakim: Elnur Muradov – 7,6
Hakim köməkçiləri: Munis Abdullayev – 8,0, Aydın Ələkbərov – 8,0, Babək Quliyev – 8,0
0