Demyanenko: “Neftçi”dən ayrıldıqdan sonra futbolu təhlil edirəm
23.02.2009 - 14:10
Demyanenko: “Neftçi”dən ayrıldıqdan sonra futbolu təhlil edirəm
“Gələcək karyeramla bağlı bir neçə variant var. Hazırda danışıqlar gedir. Baxaq görək necə olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko deyib.

Ötən ilin avqustunda flaqmanla yollarını ayırdıqdan sonra işsiz qalan ukraynalı mütəxəssis bildirib ki, 50 illik yubileyi üçün ən yaxşı hədiyyə yeni müqavilə imzalanması olardı. Ancaq fevralın 19-da ad gününü qeyd edən Demyanenko hələ də gözləməyə məcburdur: “Yeni variantları açıqlamayacağam. Hələlik bu haqda danışmaq istəmirəm. Çünki əvvəldən danışanda adətən sonradan hər şey alınmır. Belə deyək ki, həm Ukraynadan, həm də ondan kənarda təkliflər var. “Neftçi”dən gedəndən sonra, payızdan bu yana futbolu izləyərək, təhlil aparıram. Əgər insan bütün ömrü boyu futboldadırsa, o, hər oyunu özünəməxsus şəkildə təhlil edir”.

Qeyd edək ki, Demyanenko ötən ilin yanvarından avqustuna qədər “Neftçi”nin sükanı arxasında olub.
0