Skibbe: Rəhbərlik arxamda durmadı, məni tək buraxdı
23.02.2009 - 15:32
Skibbe: Rəhbərlik arxamda durmadı, məni tək buraxdı
“Qalatasaray” klubunun baş məşqçi postundan qovulan Mixael Skibbe rəhbərlikdən narazı qalıb. Apasport.az saytının məlumatına görə, bu gün istefaya göndərilən alman mütəxəssis futbolçularla vidalaşıb.

Skibbe klub rəhbərliyinin ona qarşı göstərdiyi münasibəti haqsızlıq sayır: “Rəhbərlik arxamda durmadı, məni tək buraxdı. UEFA kubokunda “Bordo” ilə cavab oyununa komandanı çıxarmaq istərdim. Rəhbərlikdən son olaraq bunu tələb etdim. Ancaq buna imkanları olmadığından yollarını ayıracaqlarını söylədilər. Futbolçulara “Bordo” ilə İstanbuldakı görüşdə uğurlar arzulayıram. Bu rəqibi keçib, UEFA kubokunun 1/8 final mərhələsinə yüksələcəyinizə inanıram”.

Qeyd edək ki, Skibbe cari mövsümdən çalışdırdığı “Qalatasaray”la “Bordo” ilə ilk oyunda qolsuz heç-heçəyə nail olub.
0