Rövnəq Abdullayev: Bu layihənin davamı gələcək - VİDEO
23.02.2009 - 16:21
Bu gün Azərbaycanda ilk futbol akademiyasının açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev, FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik, FİFA-nın texniki direktoru Jan Mişel Benezet, milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts, AFFA İcraiyyə Komitəsinin üzvləri, Sahə Futbol Federasiyalarının rəhbərliyi, futbol ictimaiyyətinin üzvləri iştirak edib.
AFFA prezidenti çıxışında tədbirin əhəmiyyətindən danışıb: “Bu gün ölkə futbolunda ən əlamətdar gündür. Azərbaycanda ilk futbol akademiyasının açılışı olur. Azərbaycanda idmana, o cümlədən, futbola qayğı hiss olunmaqdadır. 60 faiz UEFA, 40 faiz AFFA-nın maliyyə vəsaiti hesabına ərsəyə gələn bu akademiya 27 futbolçunu qəbul etməyə hazırdır. Burada gənc futbolçuların məşq etməsi, aşağı yaş qruplardan ibarət yığma komandaların hazırlıq keçməsi üçün şərait var. Akademiya Azərbaycanda futbolun inkişafına böyük təkan verəcək. Bu layihə ilə ilk mərhələni həyata keçiririk və bunun davamı gələcək”.
Akademiyanın açılışında fikirlərini bildirən Şenes Erzik yenidən ölkəmizdə olmasından məmnunluğunu ifadə edib. Türkiyəli qonaq AFFA-nın inzibati binasının təməl qoyulması mərasimini də xatırlayıb: “Üç ildən sonra yenidən Azərbaycanda olduğuma görə çox şadam. Ölkədə futbolu inkişaf etdirmək üçün sağlam plan qurulmalıdır. Azərbaycanda belə bir proqram hazırlanıb və bunun müddəaları icra olunur. 2006-cı ildə AFFA-nın inzibati binasının təməlini də elə burada qoymuşduq. Bu akademiya uğurlu layihədir və gənc futbolçuların inkişafına kömək edəcək. Layihə UEFA və AFFA-nın birgə əməkdaşlığının keçirilməsinin nümunəsi oldu”.
Qeyd edək ki, açılışı göstərən qırımızı lenti Abdullayevlə Erzik kəsib. Bundan sonra tədbirə toplaşanlar akademiyaya ilə tanış olublar. Ardından akademiyanın yanında olan süni örtüklü meydançaya baxış keçirilib.

0
0