Subaşiçin baxışa yollanmasına kim qəzəblənib?
23.02.2009 - 16:25
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç Serbiyanın “Srvena Zvezda” klubunda narazılığın yaranmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun müqavilə ilə məxsus olduğu Belqrad təmsilçisinin düşərgəsini tərk edərək baxışa yollanması, klub prezidenti Dobrivoye Tanasiyeviçin xoşuna gəlməyib. Onun komandanın digər rəsmiləri ilə arasında yaşanan çoxsaylı anlaşılmazlıqların siyahısını tərtib edən serbiyalı jurnalistlər Subaşiçlə bağlı məqama da yer ayırıb: “Klubun İdarə Heyətində yer alan şəxslərdən biri Subaşiçi Koreya təmsilçisinə baxışa göndərdi. Bu hadisə Tanasiyeviçi özündən çıxardı. Belə ki, o keçidlərlə bağlı bütün məsələlərə idman direktoru İliya İviçin məşğul olmasını istəyir”.
Qeyd edək ki, Subaşiç Cənubi Koreyanın “Seul” klubunda baxışda bəyənilməmişdi.
Qeyd edək ki, Subaşiç Cənubi Koreyanın “Seul” klubunda baxışda bəyənilməmişdi.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0