Bülənt Korkmaz “Qalatasaray”ın baş məşqçisi təyin olunub
23.02.2009 - 16:40
Bülənt Korkmaz “Qalatasaray”ın baş məşqçisi təyin olunub
İstanbulun “Qalatasaray” futbol klubunun yeni baş məşqçisi məlum olub. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı Mixael Skibbenin qovulmasından sonra komandanın sükanı arxasına Bülənt Korkmaz gətirilib.

“Qalatasaray” rəhbərliyi Superliqanın XXI turunda “Əli Sami Yen” stadionunda “Kocaelispor”a böyük hesablı (2:5) məğlubiyyətdən sonra Skibbeni tutduğu vəzifədən kənarlaşdırıb. Əvəzində futbolçu karyerasında ancaq “Qalatasaray”ın şərəfini qoruyan Korkmazla il yarım müddətə müqavilə bağlanıb.

Qeyd edək ki, ötən həftə Bakıya gələn Korkmaz dəvət alacağı təqdirdə, Azərbaycan klublarında sevə-sevə işləyəcəyini bildirmişdi.
0