Hafiz Məmmədovdan qızıl sikkə hədiyyəsi
24.02.2009 - 00:01
“Qalatasaray”ın yeni baş məşqçisi Bülənt Korkmaza Azərbaycanda qiymətli hədiyyə veriblər. Bu barədə apasport.az saytına “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, ötən həftə ölkəmizə dəvət etdikləri “Cim bom”un 41 yaşlı əfsanəvi kapitanını hədiyyəsiz yola salmayıblar: “Klubumuzun prezidenti Hafiz Məmmədovun Korkmaza özəl hədiyyəsi oldu. Bu da Azərbaycan Milli Bankının buraxdığı qızıldan hazırlanan sikkədir. Bundan əlavə, Büləntə komandamızın 3 nömrəli forması və xatirə diplomunu hədiyyə etdik. Onun da klubumuza öz hədiyyələri oldu. Belə ki, karyerası boyu 3 nömrəli altında çıxış edən Bülənt Türkiyə yığmasında geydiyi formanı Hafiz Məmmədova, “Qalatasaray”ın formasını isə vitse-prezidentimiz Zeynal Məmmədova bağışlayıb”.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0