Tərlan Əhmədovu kim dayandırdı?
24.02.2009 - 11:24
Bakının “Olimpik” klubunun futbolçusu Tərlan Əhmədovun seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı müdafiəçi “Olimpik”də oynadığı üç çempionat ərzində ilk dəfə matçı sona çatdırmayıb. Buna Tərlanın “Qarabağ”la görüşdə əvəzlənməsi səbəb olub.
Komandası 0:1 hesabı ilə geridə olduğundan baş məşqçi Əsgər Abdullayev müdafiəçini ön xətt oyunçusu ilə əvəzləyərək, onun seriyasına son qoyub. Belə ki, cari mövsümün əvvəlki 14, ötən çempionatın 26 qarşılaşmasında 90 dəqiqə meydanda olan Əhmədov “Olimpik”də keçirdiyi ilk birinciliyin – 2006/07 mövsümünün 23 qarşılaşmasını da əvəzolunmadan mübarizə aparmışdı. Bir sözlə, Abdullayevlə birgə paytaxt təmsilçisinə gələn müdafiəçi komandada keçirdiyi 64-cü görüşədək əvəzlənməmişdi. İki il əvvəl bir matçda, ümumiyyətlə meydana çıxmayan futbolçu son 4667 dəqiqədə “Olimpik”in kapitanı olmuşdu.
Qeyd edək ki, Tərlan hazırda öz komandasının heyətində mütəmadi meydana çıxan futbolçular arasında ən yaşlı futbolçudur.

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0