Branimir Subaşiçin “Spartak”a keçidi baş tutmadı
24.02.2009 - 15:15
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin Rusiya Premyer Liqasında çıxış edən Nalçik “Spartak”ına keçidi baş tutmayıb. Bu haqda apasport.az saytına “Spartak”ın baş məşqçisi Yuri Krasnojan məlumat verib.
Subaşiçin maraq dairələrinə düşməsini təsdiqləyən 46 yaşlı rusiyalı mütəxəssis futbolçunu iş başında görmək istəyirmiş. Ancaq Branimiri heç baxışdan keçirə bilməyən Krasnojan məsələni artıq bitmiş sayır: “Subaşiç komandamızda yer almağa namizədlərdən biri idi. Ancaq biz bu məsələyə qayıtmaq istəmirik. Çünki komandamızda mövsümlərarası fasilədə hazırlıq keçən hücumçular var və onlar arasında Branimir yoxdur. Yeni mövsümün başlanmasına az qalıb və heyətimizi demək olar komplektləşdirmişik”.
Qeyd edək ki, Belqradın “Srvena Zvezda” klubunun transferə çıxardığı Subaşiç 4 il öncə Rusiya Premyer Liqasında “Amkar”ın heyətində icarə əsasında oynayıb.

- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0