Mili komandamızın sabiq baş məşqçisi əfsanələr sırasında
24.02.2009 - 15:34
Mili komandamızın sabiq baş məşqçisi əfsanələr sırasında
Futbol tarixinin əfsanəvi müdafiəçilərinin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən yaxşı futbolçularının siyahısını tərtib edən ingiltərəli jurnalistlər bu gün ən yaxşı 11 arxa xətt oyunçusunu təqdim edib. Hər mövqedə ən yaxşı “10-luğ”u müəyyənləşdirmək niyyətində olan həmkarlarımız zaman ardıcıllığı ilə tərtib etdiyi siyahıda Paolo Maldini ilə Roberto Karlos arasında seçim etməkdə çətinliklə üzləşib. Bu səbəbdən onların hər ikisinə əfsanələr arasında yer verən ingilislər müdafiəçilərin sayının 11 olması ilə barışıb.

Əfsanəvi müdafiəçilərin sırasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb. 19 illik (1963-82) futbolçu karyerası ərzində Braziliya və ABŞ klublarında çıxış edən yığmamızın sabiq çalışdırıcısı ilə yanaşı, onun iki həmyerlisi - Nilton Santos ilə Roberto Karlos də seçilmişlər sırasında olub. İtaliyalı müdafiəçilər əfsanələr arasında say üstünlüyü qazanıb. Belə ki, 4 italiyalı müdafiəçi - Çaçinto Fakketti, Gaetano Şirea, Franko Barezi, Paolo Maldini “11-liy”ə layiq görülüb. Almaniyanı iki (Frans Bekkenbauer, Lotar Matteus), İngiltərə (Bobbi Mur) və Çilini (Elias Fiqeroa) bir müdafiəçi təmsil edib.
0