Bülənt Korkmaz “Qalatasaray”ı ilk məşqə çıxardı - FOTOSESSİYA
24.02.2009 - 16:17
Bülənt Korkmaz “Qalatasaray”ı ilk məşqə çıxardı - FOTOSESSİYA
“Qalatasaray”ın futbolçuları yeni baş məşqçi Bülənt Korkmazın rəhbərliyi altında ilk məşqə çıxıblar. Apasport.az saytının məlumatına görə, birinci məşq mətbuat və azarkeşlər üçün qapalı keçirilib. Buna baxmayaraq, İstanbul klubunun rəsmi İnternet saytı məşqdən xəbər və fotoşəkillər yayımlayıb.

“Sarı-qırmızılılar” öncə yüngül qaçış ediblər. Daha sonra futbolçular taktiki təmrinləri yerinə yetiriblər. Yeni çalışdırıcının ilk məşqində zədəlilər Sərvət Çətinlə Əmrə Güngör iştirak etməyib.

“Qalatasaray” rəhbərliyi Bülənt Korkmazla bu gün 1,5 illik rəsmi müqavilə imzalayacaq. Onun yeni vəzifədə debütü fevralın 26-da UEFA kubokunun 1/8 final mərhələsinin cavab görüşündə Fransa “Bordo“suna qarşı baş tutacaq.

Qeyd edək ki, Korkmaz srağagün “Cim Bom”un doğma meydanda autsayder “Kocaelispor”a 2:5 hesablı məğlubiyyətindən sonra almaniyalı Mixael Skibbeni əvəzləyib.
0