Azərbaycan yığması üçün 20 futbolçu
24.02.2009 - 16:22
Azərbaycan yığması üçün 20 futbolçu
Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və ictimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmanın baş məşqçisi Yaşar Vahabzadə 20 futbolçunu komandaya dəvət edib. Fevralın 28-dən martın 5-ə qədər keçiriləcək təlim-məşq toplanışında Sücəddin Mobinov, Cavidan Hüseynzadə, Elnur Qaibxanov, Eldar Kərimov, Emil Əyyubov, Cavid Həsənov, Kamil Hüseynov, Zahir Ağazadə, Rövşən İsmayılov, Cavidan Musazadə, Həsən Allahyarov, Fərid Balaşzadə, Elvin Xudatatov, Asif Mirili, Vüsal Səfərov, Aydın İslamov, Üzeyir Səfizadə, Cavid Rəcəbov, İlqar Məlikov, Eldar İsmayılov iştirak edəcək.

Qeyd edək ki, 2010-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan yığmanın toplanışı Bakıda keçiriləcək.
0