Branimir Subaşiç Almaniyada oynaya bilər
24.02.2009 - 16:26
Martın 2-dən 5-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib. AFFA-nın İnformasiya və İctimaiyyətlə əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, almaniyalı baş məşqçi Berti Foqts Branimir Subaşiçi də yığmaya çağırıb. Sonuncu dəfə ötən il noyabrın 19-da milliyə dəvət olunub Albaniya ilə yoldaşlıq oyununda qol da vuran 27 yaşlı hücumçu son iki toplanışda yığmanın düşərgəsinə qatılmamışdı. Buna futbolçunun müqavilə ilə məxsus olduğu Serbiyanın “Srvena Zvezda” klubunun onu buraxmamağı səbəb olmuşdu. Foqts transferə çıxarılan və klub axtarışında olan Branimiri dəvət etməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, milli komandamız Almaniya klublarından biri ilə yoxlama matçında qüvvəsini sınayacaq.
Qeyd edək ki, milli komandamız Almaniya klublarından biri ilə yoxlama matçında qüvvəsini sınayacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0