“Azərbaycan diasporu tərəfindən matça böyük marağın olacağını gözləyirik”
24.02.2009 - 18:43
“Azərbaycan diasporu tərəfindən matça böyük marağın olacağını gözləyirik”
“Azərbaycan milli komandası ilə rəsmi oyuna hazırlıq qrafik üzrə gedir. Görüş “Lujniki” stadionunda keçiriləcək. Biz ölkəmizdə yaşayan Azərbaycan diasporu tərəfindən həmin matça böyük marağın olacağını gözləyirik”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqının icraçı-direktoru Aleksey Sorokin deyib.

Onun sözlərinə görə, martın 28-də Moskvada keçiriləcək Rusiya - Azərbaycan oyununa marağın böyük olması bilet satışında da nəzərə alınıb: “Elə buna görə biletlərin satışı ayrı-ayrılıqda olacaq. Qonaqlar üçün xüsusi kassa açılacaq. Həmçinin, Rusiya yığmasının azarkeşlərini matça gəlib, komandamızı dəstəkləməyə çağırıram. İstəyirəm ki, dünyadakı maliyyə böhranı Rusiya futboluna elə də güclü təsir etməsin”.
0