XVI turun hakimləri
25.02.2009 - 12:10
XVI turun hakimləri
Premyer Liqanın XVI turuna təyinat alan hakimlərin adları açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “İnter” – “Bakı” oyununu idarə etmək 45 yaşlı sabiq FİFA hakimi Zöhrab Qədiyevə etibar olunub. Turnir cədvəlində ilk iki yeri tutan paytaxt təmsilçilərinin görüşündə hakimliyə AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri, beynəlxalq hakim-inspektor Murad Məmmədov qiymət verəcək. Premyer Liqada qalmaq uğrunda mübarizədə vacib oyun sayılan “Muğan” – “Turan” görüşü 35 yaşlı FİFA hakimi Babək Quliyevə tapşırılıb.

28 fevral

14:00. "Karvan" - "Olimpik"

Baş hakim: İmanxan Sultani
Hakim-köməkçiləri: İlham Əliyev, Eldar Nağıbəyov, Rövşən Əhmədov
Yevlax. Şəhər stadionu

14:00. "Qarabağ" - "Standard"
Baş hakim: Anar Niyazov
Hakim-köməkçiləri: Mehman Mahmudov, Vaqif Musayev, Rauf Cabbarov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

15:00. "İnter" - "Bakı"
Baş hakim: Zöhrab Qədiyev
Hakim-köməkçiləri: Munis Abdullayev, Aydın Ələkbərov, Fariz Yusifov
Bakı. “Şəfa” stadionu

1 mart

14:00. MOİK - "Simurq"

Baş hakim: Vüsal Əliyev
Hakim-köməkçiləri: Mübariz Haşımov, Aleksandr Musatkin, Anar Salmanov
Bakı. “Şəfa” stadionu

16:00. "Neftçi" - "Qəbələ"
Baş hakim: Əfqan Həmzəyev
Hakim-köməkçiləri: Azad Ə.Hüseynov, Roman Vasilyev, Ramil Diniyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

18:00. "Xəzər-Lənkəran" - "Bakılı"
Baş hakim: Ceyhun Haşımov
Hakim-köməkçiləri: Səbuhi Əmrahov, Samir Hacıyev, Elvin Əsgərov

18:30. "Muğan" - "Turan"
Baş hakim: Babək Quliyev
Hakim-köməkçiləri: İsgəndər Əliyev, Həsən Babayev, Hacıəli Ağayev
Bakı. “Şəfa” stadionu
0